İdman
"Traktorsazi" "El Klassiko"ya yollanır
Bu gün İran liqasının 3-cü həftəsi çərçivəsində Təbrizin “Traktorsazi” komandası “İstiqlal Tehran” komandasının qonağı olacaq.
Publika.az xəbər verir ki, “Azadi” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
“Asiya El Klassikosu” adlanan qarşılaşma azarkeşlər tərəfindən böyük maraqla gözlənilir.
Qeyd edək ki, “Traktorsazi” və “İstiqlal” turnir cədvəlində hərəyə 2 xal olmaqla, müvafiq olaraq 12 və 9-cu sırada qərarlaşıb.
Zümrüd