İdman
Səbail-in yeni transferi millidə
Bir neçə gün öncə "Səbail"lə 1 illik müqavilə bağlayan Yevgeni Koçuk Moldova millisinə dəvət alıb.
Milli.Az Goal.az-a istinadən bildirir ki, yığmanın baş məşqçisi Aleksandr Spiridon UEFA Millətlər Liqasının Lüksemburq və Belarusla oyunları üçün 25 yaşlı yaşlı yarımmüdafiəçiyə də dəvət göndərib. Koçukla yanaşı, "Zirə"nin hücumçusu Aleksandr Dedov da düşərgəyə çağırılan futbolçular arasındadır.Qeyd edək ki, Moldova sentyabrın 8-də səfərdə Luksemburq, 3 gün sonra isə evdə Belarusla üz-üzə gələcək.
Milli.Az