İdman

"Roma"dan rəsmən getdi

Metbuat.az

"Roma"nın yarımmüdafiəçisi Kevin Strotmanın "Marsel"ə keçidi rəsmiləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Fransa klubunun saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

"Roma"nın saytı bu transfer üçün "Marsel"in 25 milyon avro təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki, K.Strotman 2013-cü ildən "Roma"nın şərəfini qoruyurdu.

Milli.Az