İdman

"Real"da itki - Superkubok oyununu buraxacaq

Metbuat.az

"Real"ın yeni transferi Alvaro Odriosola zədələnib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bud nahiyyəsindən zədə alan 22 yaşlı müdafiəçinin bir müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Həkimlər onun avqustun 15-də "Atletiko" ilə keçiriləcək UEFA Superkuboku uğrunda matçda forma geyinə bilməyəcəyini bildiriblər.

Qeyd edək ki, "Atletiko" - "Real" oyunu Tallin şəhərində keçiriləcək və Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Milli.Az