İdman
Ramos rekordu təkrarladı
"Jirona" ilə oyunda fərqlənən Serxio Ramos La liqada 15 mövsümdə ardıcıl qol vuran müdafiəçilərə məxsus əvvəlki rekordu təkrarlayıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna qədər rekord "Real"ın sabiq müdafiəçisi Fernando Yerroya məxsus idi.
Siyahıda üçüncü yerdə "kral klubu"nun daha bir müdafiəçisi yer alıb. Keçmiş futbolçu Manolo Sançis 14 mövsümdə ardıcıl qol vurmağa nail olub. "Atletiko"nun sabiq müdafiəçisi Aytor Larrasabal (14 mövsüm) siyahıda dördüncüdür.
Milli.Az