İdman
Qomis "Qalatasaray"ı kuboksuz qoydu - VİDEO
Türkiyə Super Kubokunun sahibi müəyyənləşib.
Milli.Az xəbər verir ki, həlledici görüşdə son Türkiyə çempionu "Qalatasaray"la, kubokun sahibi "Akhisarspor" üz-üzə gəlib.
Matçın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda da hesab dəyişməyib. Penaltilər seriyasında daha dəqiq olan akhisarlılar Super Kuboku muzeylərinə aparmağı bacarıb.
"Qalatasaray" - "Akhisarspor" 1:1 (Penaltilər 4:5)
QOLLAR: Eren Derdiyok, 79 - Yevgeni8 Seleznyov, 5
Videonu izləmək üçün şəklə klikləyin: