İdman

"Qəbələ"dən ayrılan hücumçu "Adanaspor"da

Metbuat.az

Ötən mövsümü icarə əsasında "Qəbələ"nin heyətində keçirən, müqavilə ilə Türkiyənin "Göztəpə" klubuna məxsus olan Famusa Konenin yeni klubu bəlli olub.

Milli.Az xəbər verir ki, malili hücumçu karyerasını Türkiyə I Liqasında davam etdirəcək. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. 24 yaşlı futbolçunun müqaviləsi və transferi barədə məlumat verilməyib.

Qeyd edək ki, Kone ötən mövsüm "Qəbələ"də 23 oyuna 6 qol vurub.

Milli.Az