İdman
"Qarabağ" növbəti dəfə Avroliqanın
Bu gün Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan komandalar məlum olub..
Metbuat.az xəbər verir ki, təmsilçimiz “Qarabağ”da pley-offda cavab matçında çıxıb.
Qurban Qurbanovun komandası Bakıda Moldovanın “Şerif” klubunu qəbul edib. Tiraspolda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi, doğma meydanda 3- 0 hesabı ilə qalib gəlib. Bununla da, təmsilçimiz Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.
30 avqust
Avropa Liqası
Pley-off mərhələsi
21:00. "Qarabağ” (Azərbaycan) 3-0 "Şerif” (Moldova)
Qol: Medvedev (9),Gerye (41), Ozobiç (55)
İlk oyun – 0:1
Hakimlər: Aleksandır Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (Makedoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu