İdman

"Qarabağ" ÇL-də həlledici sınağına çıxır - CANLI YAYIM bu kanalda

Metbuat.az

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində oyunlara start veriləcək.

Publika.az xəbər verir ki, turnirdə ölkəmizin yeganə təmsilçisi “Qarabağ” da ilk oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Belarusun BATE klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Matç “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq. Qarşılaşmanı16 000-dən çox azarkeş stadiondan izləyəcək.

Qeyd edək ki, "Qarabağ” - BATE cütünün qalibi pley-off-da Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.

7 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi

İlk oyun

21:00. "Qarabağ” (Azərbaycan) - BATE (Belarus)

Hakimlər: Andreas Ekberq, Mehmet Kulum, Stefan Hallberq, Kristofer Karlsson (hamısı İsveç)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu