İdman
"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Publika.az xəbər verir ki, keçirilən matçlardan sonra Azərbaycanın mövqeyi dəyişməyib.
Avrokuboklarda yeganə təmsilçimiz olan “Qarabağ”ın "Şerif"i 3:0 hesabı ilə məğlub etməsi ölkəmizə 0.250 xal qazandırıb. Xalı 18.500-ə yüksələn Azərbaycan 26-cı pillədəki yerini qoruyub.
Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsrailin 18.625 xalı var.