İdman

"Qarabağ" azarkeşlərinə görə cəzalandı - 1600 manat

Metbuat.az

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az PFL-in saytına istinadən xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının III turunda qeydə alınan qayda pozuntuları ilə bağlı müzakirələr aparılıb. 

Azərbaycan çempionu "Qarabağ" azarkeşlərinə görə cəzalanıb.  "Neftçi" ilə oyunun 66-cı dəqiqəsində İnnosent Emeqaranın vurduğu bərabərlik qolundan sonra klubun azarkeşləri meydançaya kənar əşyalar atıblar.  Klub buna görə 1600 manat cərimə olunub.  

Oyunun 70-ci dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub. 

Milli.Az