İdman
“Qarabağ” - “Neftçi” oyununda bərabərlik - VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.
Publika.az xəbər verir ki, turun son və mərkəzi oyununda "Qarabağ" “Azərsun Arena”da "Neftçi"ni qəbul edib.
Oyunun sonunda komandalar 1 xalla kifayətlənməli olublar. Qonaqların 28-ci dəqiqədə Kvame Karikari ilə vurduqları qola meydan sahiblərindən 70-ci dəqiqədə İnnosent Emeqara cavab verib.
Bununla da xallarını 7-yə çatdıran "Neftçi" liderliyini davam etdirib. Ehtiyatda bir oyunu olan "Qarabağ" isə 4 xalla 4-cü pilləyə qalxıb.
Oyunda vurulan qolları təqdim edirik.