İdman

O da "Real"dan gedir

Metbuat.az

"Real"ın qapıçısı Kiko Kasilya komandadan ayrılmaq qərarına gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Tibo Kurtuanın "kral klubu"na keçidindən sonra əsas heyətə düşə bilməyəcəyini anlayan 31 yaşlı qolkiperin fikri qətidir. İspaniyalı qapıçı artıq getmək istədiyini rəhbərliyə bildirib.

Qeyd edək ki, "Real" bu yay heyətinə Tibo Kurtuadan başqadaha bir qapıçı- ukraynalı Andrey Lunini də qatıb.

Milli.Az