İdman

"Neftçi" 5 günlük istirahətə buraxıldı

Metbuat.az

"Neftçi" bu gün səhər növbəti məşqə çıxıb.

Milli.Az xəbə verir ki, komanda "Türk Hava Yolları Futbol Mərkəzi"ndə hazırlıq keçib. Məşqdə Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq prosesindən sonra komanda üzvləri istirahətə buraxılıblar. Məşqlər sentyabrın 5-də bərpa olunacaq.

Xatırladaq ki, Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında, U-21 yığmamızın isə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlar səbəbindən Topaz Premyer Liqasında fasilə yaranıb. "Neftçi" növbəti görüşünü sentyabrın 16-da keçirəcək. Komandamız həmin gün 4-cü tur çərçivəsində "Keşlə"ni qəbul edəcək.

Milli.Az