İdman
Məşhur atlet futbol klubunda
Əfsanəvi sprinter Useyn Bolt futbol karyerası yaşamaq üçün bu dəfə Avstraliyaya üz tutub.
Milli.Az xəbər verir ki, yamaykalı idmançı "Mariners" klubunda məşqlərə çıxacaq. Onun performansı məşqçilər korpusunu razı salsa, müqavilə imzalanacaq. Bolt özü də bu barədə açıqlama verib:
"Bu fürsəti mənə verdiyi üçün "Mariners"ə təşəkkür edirəm. Ən böyük xəyallarımdan biri peşəkar futbolçu olmaqdır. Bunu Avstraliyada reallaşdırmaq üçün çox çalışacam".
31 yaşlı sprinter daha öncə Dortmund "Borussiya"sında məşqlərə çıxıb.
Milli.Az