İdman

Məni “Real”ı sevməyə Kasilyas vadar etdi - Kurtua

Metbuat.az

"Real"ın yeni transferi Tibo Kurtua uşaqlıq xatirələri barədə danışıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Kurtua uşaqlıqda İker Kasilyasın pərəstişkarı olduğunu da etiraf edib. O, "Real"ı məhz Kasilyasa görə sevdiyini vurğulayıb:

"Uşaq olarkən hər kəsin sevdiyi bir klub olur. Kasilyas da məni vadar etdi ki, "Real"ı sevim. İkerə pərəstiş etmişəm. Elə o vaxtdan da "Real" məni özünə cəlb edib. Məndə Kasilyasın forması da vardı".

Milli.Az