İdman

Mbappe: Boş vaxtım yoxdur

Metbuat.az

PSJ-nin fransız futbolçusu Kilian Mbappe komanda yoldaşı Neymar haqqında fikirlərini bildirib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, 20 yaşlı hücumçu Liqa 1-də "Genqam"ı səfərdə 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonra Fransa mətbuatına bunları deyib:

"Genqam"ı məğlub etdik, qeyd elədik və bitti. Mənim karyeram hələ təzə başlayır. PSJ-də və Fransa millisində yüksək hədəflərim var. Boş vaxtım yoxdur.

Neymar məndən daha böyük ulduz futbolçudur. "Barselona"da gözəl işlər görüb. Bu gün də həm qol vurdu, həm də mənə məhsuldar ötürmə etdi. Ona təşəkkür edirəm. Komanda üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram".

Milli.Az