İdman

"Liverpul" 500-ə çatdı

Metbuat.az

"Liverpul" İngiltərə Premyer Liqasının ilk turunda "Vest Hem"i 4:0 hesabı ilə məğlub edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu qələbə "Qırmızılar" üçün yubileylə yadda qalıb. Belə ki, komanda İngiltərə çempionatları tarixində 500-cü qələbəsini qazanıb. 

Qeyd edək ki, "Liverpul"a qədər "Çelsi", "Arsenal" və "Mançester Yunayted" bu göstəriciyə imza atıblar.

Milli.Az