İdman

Klopp: “Kimsə mənə Kariusla bağlı nəsə bildirməyib”

Metbuat.az

Fabrinin "Fulhem"ə transferindən sonra qapıçı axtarışlarını davam etdirən "Beşiktaş"ın "Liverpul"un qapıçısı Loris Kariusu icarəyə götürdüyü ilə bağlı Türkiyə mətbuatında xəbər yayılmışdı.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp məsələylə bağlı açıqlama verib. Almaniyalı mütəxəssis "Kimsə mənə Kariusla bağlı nəsə bildirməyib" deyib.

Alisson Bekkerin "qırmızılar"a transferindən sonra ikinci qapıçı mövqeyinə düşən Karius Çempionlar Liqasının "Real"la final qarşılaşmasında kobud səhvlərlə yadda qalmışdı.

Milli.Az