İdman

"Keşlə" Premyer Liqa klubları ilə qarşılaşacaq

Metbuat.az

Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədə "Keşlə" iki yoxlama matçı keçirməyi planlaşdırır.

Milli.Az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt klubu sentyabrın 2-də "Səbail"lə qarşılaşacaq. Oyun "Bayıl Arena"da baş tutacaq. Qarşılaşmanın saatı açıqlanmayıb.

İkinci yoxlama matçı isə digər Premyer Liqa təmsilçisi "Sabah"la keçiriləcək. Matç sentyabrın 9-da, saat 17.30-da "Əlincə Arena"da baş tutacaq.

Milli.Az