İdman
Kamerun yığmasının üzvü La Liqa klubunda
İspaniyanın "Leqanes" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin "Vest Bromviç" klubunun müdafiəçisi Allan Nyomu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Fransada anadan olan, lakin Kamerun yığmasının formasını geyinən 30 yaşlı futbolçu bir mövsümlük icarəyə götürülüb.
Nyom 2016-cı ildən "Vest Bromviç"in şərəfini qoruyur. O, daha öncə İspaniyada uzun illər "Qranada"nın uğurları üçün çalışıb.
Milli.Az