İdman
İtaliya klubu "Arsenal"ın sabiq futbolçusunu heyətinə qatıb
İtaliyanın "Parma" klubu son olaraq Çinin "Hebey Çayn Forçun" komandasının formasını geyinən Jervinyonu heyətinə qatıb.
Milli.Az "report"-a istinadən bildirir ki, İtaliya klubu 31 yaşlı kot-divuarlı futbolçu ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Jervinyo Fransanın "Lill", İngiltərənin "Arsenal" və İtaliyanın "Roma" klublarında çıxış edib. O, 2015-ci ildə Kot-Divuar millisi ilə Afrika Millətlər Kubokunun qalibi olub.
Milli.Az