İdman
Fuad Bayramov əməliyyat olunub
"Keşlə" klubunun futbolçusu Fuad Bayramov diz bağlarından əməliyyat olunub.
Milli.Az report.az-a istinadən bildirir ki, Türkiyədə başa tutan əməliyyat uğurlu alınıb. Əməliyyatı Serdar Mehmet Binner həyata keçirib.
24 yaşlı yarımmüdafiəçinin ən azı gələn ilin yanvar ayına kimi yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.
Milli.Az