İdman
Dünya çempionu qəzada öldü
Sədlərlə 400 metr məsafəyə qaçış üzrə sabiq dünya çempionu keniyalı Nikolas Bett həlak olub.
Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə Keniya Atletika Federasiyası məlumat yayıb. 28 yaşlı atlet Nandi şəhərində avtomobil qəzasında dünyasını dəyişib.
Qeyd edək ki, Nikolas Bett 2015-ci ildə Çinin paytaxtı Pekində keçirilmiş dünya çempionatında 47.79 saniyə göstərici ilə qalib olub.
Milli.Az