İdman
Diyeqo Kosta UEFA Superkuboku tarixində ilkə imza atdı
"Atletiko Madrid" klubunun hücumçusu Diyeqo Kosta UEFA Superkuboku tarixində ən erkən qola imza atıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Kosta "Real Madrid"ə qarşı matçın 49-cu saniyəsində fərqlənib.
Xatırladaq ki, əvvəlki rekord yarımmüdafiəçi Ever Baneqaya məxsus olub. O, 2015-ci ildə "Sevilya"da çıxış etdiyi vaxt "Barselona"nı 3-cü dəqiqədə məyus edib.
Milli.Az