İdman
David Ospina rəsmən “Napoli”də
İtaliyanın "Napoli" klubu London "Arsenal"ının qapıçısı David Ospinanı rəsmən heyətinə qatıb.
Mİlli.Az komanda.az-a istinadən xəbər verir ki, A Seriyası təmsilçisi kolumbiyalı qolkiperi 1 illik icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Napoli" Ospina üçün "topçular"a 1 milyon avro ödəyəcək.
Kolumbiya yığmasında 90-dan çox oyun keçirən 30 yaşlı qolkiper "Arsenal"da 2014-cü ildən çıxış edirdi. O, bu komandada 4 mövsüm ərzində cəmi 70 oyuna çıxıb.
Milli.Az