İdman

"Çelsi" futbolçusunu Fransa klubuna icarəyə verdi

Metbuat.az

"Çelsi" müdafiəçisi Mett Miazqanı icarəyə verib.

Milli.Az xəbər verir ki, ABŞ millisinin üzvü Fransanın "Nant" klubu ilə bir illik müqavilə imzalayıb. Liqa 1 təmsilçisi 23 yaşlı müdafiəçini satın alma şərti ilə heyətinə qatıb.

Qeyd edək ki, Miazqa "Çelsi"yə 2016-cı ildə ABŞ-ın "Nyu York Red Bullz" klubundan 3,5 milyon funt-sterlinqə transfer edilib. O, son mövsümü icarə əsasında Hollandiyanın "Vitess II" komandasında keçirib.

Milli.Az