İdman

Bu futbolçu komandasını dəyişdi - Ronaldonun məsləhəti ilə...

Metbuat.az

Juventus-un futbolçusu Stefano Sturaro karyerasını Portuqaliya təmsilçisi Sporting-də davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  bu barədə 25 yaşlı yarımmüdafiəçinin agenti məlumat verib. O, icarə əsasında Portuqaliya komandasının formasını geyinəcək.

Agentin bildirdiyinə görə, Sturaro özünü başqa ölkədə də sınamaq istəyib və Juventus-dakı komanda yoldaşı - portuqaliyalı Kriştianu Ronaldunun məsləhətinə güvənərək Sporting-ə keçib.

Qeyd edək ki, Sturaro 2014-cü ildən Juventus-da çıxış edib. Ronaldo isə Sporting-in yetirməsidir.

Milli.Az