İdman

"Beşiktaş" İtaliyadan futbolçu alır

Metbuat.az

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirir.

Milli.Az xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "Torino" klubundan Adem Lyaiçi transfer edir. Serbiya millisinin üzvü olan yarımmüdafiəçi müqavilə imzalamaq üçün İstanbula gəlir.

Türkiyə mətbuatının yazdığına görə "qara qartallar" 27 yaşlı futbolçunu 1 illik icarəyə götürəcək. İcarə müddəti bitdikdən sonra "Beşiktaş" 8 milyon avro ödəməklə Lyaiçi birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Adam Lyaiç 2016-cı ildən "Torino"da çıxış edir. O, A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 61 oyunda 16 qol vurub.

Elçin Əlixan
Milli.Az