İdman
"Beşiktaş"ın oyunu rumınlara tapşırıldı
"Beşiktaş" Avropa Liqasının pley-off mərhələsində Serbiyanın "Partizan" klubu ilə qarşılaşacaq.
Milli.Az xəbər verir ki, bu matçı idarə edəcək hakimlər briqadası müəyyələşib. Belə ki, oyunu Rumıniyadan olan hakimlər idarə edəcək.
Qarşılşamanın baş hakimi Ovidiu Hateqan olacaq. Ona həmyerliləri Oktavian Sovre ve Sebastian George kömək edəcək. 4-cü hakim funksiyasını isə Sebastian Koltesku yerinə yetirəcək.
Qeyd edək ki, "Beşiktaş" - "Partizan" görüşü 30 avqust tarixində baş tutacaq. Bu komandalar arasında Belqradda keçirilən oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Milli.Az