İdman

Bekhem sürət həddini aşdı

Metbuat.az

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem sürücülük hüququndan məhrum edilə bilər.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, keçmiş futbolçu yol hərəkəti qaydalarına əməl etməməkdə ittiham olunur. Bu barədə İngiltərənin "Daily Mail" nəşri məlumat yayıb.

Bekhemin "Bentley" markalı avtomobili ilə sürət həddi saatda 40 km göstərilən yolda 59 km sürətlə hərəkət etdiyi bildirilir.

Futbolçu ittihamı qəbul etməyib. Bekhem günahkar bilinəcəyi təqdirdə, sürücülük hüququndan məhrum edilə və ya cərimələnə bilər.

Bekhem karyerası ərzində İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real Madrid", ABŞ-ın "Los-Anceles Qelaksi", İtaliyanın "Milan" və Fransanın PSJ klublarının formasını geyinib.

Milli.Az