İdman

“Barselona”dan "Sevilya"ya... - 8,5 milyon avro

Metbuat.az

"Barselona" klubunun yarımmüdafiəçisi Aleyş Vidal "Sevilya"ya transfer edildi.

Milli.Az Trend-ə istinadən bildirir ki, transferin məbləği 8,5 milyon avro və əlavə olaraq bonus qismində 2 milyon avro təşkil edib.

Yeni müqavilə 4 illik müddətə imzalanıb.

Xatırladaq ki, futbolçu daha əvvəl "Sevilya"da 2014/15 mövsümündə çıxış edib.

Milli.Az