İdman
"Barselona"dan La Liqa rəhbərliyinə şikayət
"Barselona" "Valladolid"in ev oyunlarını keçirdiyi "Xose Sorrilyo" stadionunun ot örtüyünün vəziyyətindən narazı qalıb.
Milli.Az Goal.az-a istinadən bildirir ki, Kataloniya təmsilçisi bununla bağlı La Liqa rəhbərliyinə şikayət edəcək. Komandanın müdafiəçisi Jerar Pike də matçdan sonra qazonun biabırçı vəziyyətdə olduğunu söyləyib.
Qeyd edək ki, "Barselona"nın "Valladolid"i 1:0 hesabı ilə məğlub etdiyi dünənki oyunun gedişində ot örtüyünün bəzi hissələri qopub. Bu isə ötürmələr zamanı tez-tez topun trayektoriyasının dəyişməsinə səbəb olub.
Milli.Az