İdman
"Barselona"da 2 zədəli
"Barselona"nın qapıçısı Yasper Sillessen və yarımmüdafiəçisi Serji Samper zədələnib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Oyunçuların bərpa müddətinin hələlik müəyyənləşmədiyi bildirilib.
Qeyd edək ki, Samper bundan əvvəl dizindən zədə aldığı üçün ABŞ-dakı təlim-məşq toplanışını buraxıb.
Milli.Az