İdman

Azərbaycan millisinin futzalçısı Rusiya klubu ilə müqavilə bağlayıb

Metbuat.az

Azərbaycan milli komandasının futzalçısı Tyaqo Telez Bolinya karyerasını Rusiyada davam etdirəcək.

Milli.Az "report"-a istinadən bildirir ki, Bolinya "Norilsk Nikel" klubu ilə anlaşıb.

Son iki mövsümü "Araz"da keçirən hücumçu yeni klubu il bir illik müqavilə imzalayıb.

Bolinya 2016-cı ildən Azərbaycan milli komandasına cəlb edilir. O, son iki mövsümdə həm də "Araz"ın formasını geyinib. Hücumçu 2017/2018 mövsümündə 34 qol vurub və Yüksək Liqanın bombardiri olub. Mayda "Araz"la anlaşması başa çatan futzalçı, klubu strategiyasını dəyişdiyini elan etdikdən sonra Rusiya təmsilçisinin təklifini dəyərləndirib.

Milli.Az