İdman

Azərbaycan I Divizionunda mübarizə aparacaq klublar müəyyənləşdi

Metbuat.az

Futbol üzrə 2018/2019 mövsümündə Azərbaycan I Divizionunda mübarizə aparacaq klublar müəyyənləşib.

Milli.Az xəbər verir ki, yarışda 14 komanda iştirak edəcək. 

Bunlar "Kəpəz", "Qaradağ Lökbatan", "Şüvəlan", MOİK, "Turan Tovuz", "Ağsu", "Zaqatala", "Səbail-2", "Zirə-2", "Qarabağ-2", "Keşlə-2", "Sumqayıt- 2", "Neftçi-2" və "Sabah-2" komandalarıdır.

Qeyd edək ki, I Divizonun püşkatma mərasimi sabah saat 13:00-da başlayacaq.

Milli.Az