İdman
"Atletiko" Kaliniçlə müqavilə bağladı
"Milan"ın hücumçusu Nikola Kaliniçin "Atletiko"ya keçidi rəsmiləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, xorvatiyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. "Atletiko"nun 30 yaşlı forvard üçün İtaliya klubuna 15 milyon avro ödədiyi iddia olunur.
Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2017-ci ildən "Milan"da çıxış edirdi.
Milli.Az