İdman
Argentina millisi 40 yaşlı məşqçiyə tapşırıldı
Futbol üzrə Argentina millisinin yeni baş məşqçisi müəyyənləşib.
Milli.Az Report-a istinadən xəbər verir ki, komanda müvəqqəti olaraq Lionel Skaloniyə həvalə olunub. Ona Pablo Aymar və Martin Takolli kömək edəcəklər.
Qeyd edək ki, Rusiyada keçirilən 2018-ci il dünya çempionatındakı uğursuzluğa görə baş məşqçi Xorxe Sampaoli istefaya göndərilib.
Skaloni 2017-ci ildən Argentina yığmasında köməkçi-məşqçi qismində çalışırdı. 40 yaşlı mütəxəssis futbolçu karyerası ərzində İspaniyanın "Deportivo", "Rasinq", "Malyorka", İtaliyanın "Latsio" və İngiltərənin "Vest Hem" komandalarında çıxış edib və Argentina millisində 7 oyun keçirib.
Milli.Az