İdman
31 yaşlı qapıçı "Mançester Siti"dən ayrıldı
Co Hart "Mançester Siti"dən ayrılıb.
Milli.Az xəbər verir ki, 31 yaşlı qapıçı karyerasını digər Premyer Liqa təmsilçisi "Börnli"də davam etdirəcək. Təcrübəli "əlcək sahibi" yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü olan hart son mövsümü icarə əsasında "Vest Hem"də keçirmişdi.
Milli.Az