İdman

Zlatan İbrahimoviçin adına axtarış sistemi yaradılıb (FOTO)

Metbuat.az

PSJ və İsveç millisinin forvardı Zlatan İbrahimoviç bu dəfə vurduğu qeyri-adi qollarla gündəmə gəlməyib.

İsveç dil qurumu tərəfindən "Zlatanera" (nəyəsə hökm etmək, hakim olmaq - red.) kəliməsi ilə mükafatlandırılan Zlatan İbrahimoviçin adına yeni axtarış sistemi istifadəyə verilib.

Metbuat.az-ın xəbərinə görə, "Google"nin nəzarəti altında çalışacaq olan sayt Zlaaatan.com adlanır.

Axtarış sisteminin köməkliyi ilə İbrahimoviç haqqında daha çox məlumat sahibi ola bilərsiniz. Daxil edilən sözlərin qarşılığında həmin kəlimənin İbrahimoviçlə əlaqədar olan nəticələrini əldə edəcəksiniz.

Sistemi "SweetPop" şirkəti hazırlayıb.