İdman
AZƏRTAC
Zlatan İbrahimoviç Fransanı təhqir etdiyinə görə cəzalandırılıb
Bakı, 10 aprel,
AZƏRTACAZƏRTAC
“France Press” agentliyinə istinadla xəbər verir ki, Fransanın “PSJ” futbol klubunun hücumçusu Zlatan İbrahimoviç bu ölkəni təhqir etdiyinə görə çempionatın dörd oyundan kənarlaşdırılıb.
İsveçli futbolçu Fransa çempionatının 29-cu turunda “Bordo” (2:3) ilə səfər oyunundan sonra qalmaqallı bəyanat verib.
Fransızların məğlubiyyəti ilə başa çatan görüşdən sonra hakimləri tənqid edən Z.İbrahimoviç daha sonra deyib: “Fransa “PSJ” kimi komandaya layiq deyil”. Sonralar İbrahimoviç bildirib ki, o, hakimləri və ölkəni təhqir etmək istəməyib, onun şərhləri sırf futbola aid olub.