İdman
AZƏRTAC
“Zirvə” komandası “Yaz turniri”nin qalibi olub
Bakı, 17 aprel,
AZƏRTACAFFA-nın və “Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin idman kompleksində eşitmə qüsurlu əlillər arasında keçirilən futzal üzrə “Yaz turniri” başa çatıb.
AZƏRTAC
xəbər verir ki, turnirin qalibi “Zirvə” komandası olub. İkinci yeri “Şimşək”, üçüncü pilləni isə “Birlik” tutub.
“Zirvə” komandasının üzvləri - Süleyman Osmanlı və Güləli Baxşıyev müvafiq olaraq, ən yaxşı qapıçı və oyunçu seçiliblər. Turnirin ən məhsuldar futbolçusu isə “Şimşək” komandasının üzvü Telman Hüseynov olub.