İdman

“Zirvə” Azərbaycan birinciliyində on bir medal qazandı və mütləq qalib oldu

Metbuat.az

Bakı, 11 aprel,

AZƏRTAC

Yeniyetmə ağırlıqqaldıranlar arasında Azərbaycan birinciliyi keçirilib.


“Zirvə” idman klubundan

AZƏRTAC

-a bildiriblər ki, Gəncə Olimpiya İdman Kompleksində keçirilən yarışda çox sayda idmançı medallar uğrunda mübarizəyə qoşulublar.


Birincilikdə geniş heyətlə iştirak edən “Zirvə” təmsilçiləri çıxış nümayiş etdirib. Bu idman klubunun üzvləri 11 medal qazanıb ki, bunlardan da üçü qızıl, dördü gümüş və dördü bürüncdür. Bu nəticə ilə klub bütün rəqiblərindən üstün olaraq yarışın mütləq qalibi adını qazanıb.