İdman

Zarafat deyil: "İnter" əvəzinə "Keşlə", "Bakı"nın yerinə "Xırdalan Bakı"...

Metbuat.az
“Biz klublarda Müşahidə Şurasını tətbiq etməyə çalışırıq. İnanmıram ki, "Simurq" dağılsın”.

Milli.Az

apasport.az

-a istinadən xəbər verir ki, bunu AFFA-nın prezidenti

Rövnəq Abdullayev

deyib.


 
Assosiasiya rəhbəri “İnter” və “Simurq” klublarının gələcəyi ilə bağlı açıqlama verib.
Abdullayev bildirib ki, Bakı təmsilçisinin prezidenti Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsindən istefa versə də, komanda Premyer Liqada yeni adla mübarizə apara bilər:

""İnter" xarici addır. Mən təklif edirəm ki, bu klubun adı dəyişilib "Keşlə" olsun. "Bakı"nın adı "Xırdalan Bakı" olsa, gör nə qədər adam gələr. "Neftçi" ümumi addır. Mən "Neftçi"də işləyəndə görürdüm ki, hamı oyuna gəlir. Zorla gözəllik olmaz. Futbolun inkişafı üçün öncə azarkeş olmalıdır. Təəssüf ki, şirkətdən asılı klublar bir-bir əldən gedir. Bir "Neftçi"dir ki, dövlətin hesabına yaşayır. Qalanları cavan klublardır. "Turan", "Kəpəz" yaşlı klub olsa da, indi yaxşı durumda deyil. Çünki orada ictimai dəstək yoxdur. Hərə bir manat versə, orada 500 min pul edər. Deməli, ictimailəşdirə bilmirlər. Hamı futbol tələb edir. Amma vəziyyətdən çıxmaq üçün əziyyət çəkmək lazımdır, dəstək olmalıdır. Futbolda proseslər 10 illərlə keçir. Türkiyədə Turqut Özalın dövründə inkişaf oldu. Çünki sistemli iş görülürdü. Amma indi geriləyirlər”.

Milli.Az