İdman

Zabit Səmədov britaniyalı rəqibi üzərində qələbə qazanıb

Metbuat.az

Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov bu gün Dubayda Böyük Britaniyalı idmançı Stiv Makkinon ilə qarşılaşıb.


"Report" xəbər verir ki, “Global Fighting Championship” turnirinin növbəti mərhələsi çərçivəsində baş tutan döyüş nəticəsində idmançımız arenadan qələbə ilə ayrılıb.


Qeyd edək ki, bu, Zabit Səmədovun peşəkar rinqdə ardıcıl qazandığı 8-ci qələbəsidir.