İdman

Yığmamız turnirin qalibi olub

Metbuat.az

16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakıda təşkil olunmuş UEFA-nın İnkişaf turnirinin qalibi olub. Fanat.az xəbər verir ki, yığmamız "Bayıl Arena"da keçirilmiş son oyunda Yunanıstanla qarşılaşıb. 


Oyun 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən yığmamız 4:2 (ümumi nəticə - 5:3) hesabı ilə qalib gəlib. Turun “Dalğa Arena”da keçirlmiş digər oyununda isə Qazaxıstan yığması gürcüstanlı futbolçulara qalib gəlib - 1:0.


Turnirdə keçirilmiş bütün oyunların nəticəsini bir daha diqqətinizə çatdırırıq:

16 aprel

Yunanıstan – Qazaxıstan 10:0

Azərbaycan – Gürcüstan 5:0

17 aprel

Yunanıstan – Gürcüstan 7:0

Azərbaycan – Qazaxıstan 0:0 (5:4 – pen.)

19 aprel

Qazaxıstan – Gürcüstan 1:0

Azərbaycan – Yunanıstan 1:1 (4:2 – pen.)


Fanat.az