İdman

"Yaralanmış" "Fənər" rəqibini parçaladı

Metbuat.az
Türkiyə Kubokunda son iki yarımfinalçı da müəyyənləşib.
 
Qol.Az-ın məlumatına görə, 1/4 finalda daha iki qarşılaşma keçirilib. "Fənərbağça" və "Mersin" üz-üzə gəliblər. Oyun "sarı-lacivərdlilər"in üstünlüyü şəraitində keçib. Rəqibini 4:1 hesabı ilə məğlub edən "Fənərbağça" son yarımfinalçı olub.
 
16 aprel

Türkiyə Kuboku, 1/4 final

"Sivasspor" - "Kayserispor" - 1:1 (Penaltilər seriyası - 3:1)
Qollar:
Çaheçohe, 45 (1:0), Bobo, 90-pen (1:1)
 
"Fənərbağça" - "Mersin" - 4:1
Qollar:
Kuyt, 6, 31-pen (2:0), H.Kaldırım, 49 (3:0), Caner, 61 (4:0), Futaks, 72 (4:1)

Milli.Az