İdman

Yaponlar dünyanı heyrətləndirdi

Metbuat.az

Yaponiyanın I liqasında mübarizə aparan "Tokio Verdi" və "Qifu" komandaları arasındakı görüş bütün dünyanın diqqətini cəlb edib.



ANS PRESS-in məlumatına görə, ilk yarıda Nambanın vurduğu 3 qola cavab verə bilməyən meydan sahibləri 84-cü dəqiqədən sonra qonaqlara əsl şok yaşadıblar.



Məhz bu dəqiqədən sonra paytaxt futbolçuları bir-birinin ardınca 4 dəfə fərqlənməyi bacarıblar. Son 6 dəqiqəyə 4 qol vuran "Tokio Verdi" qarşılaşmadan 4:3 hesabıyla qalib ayrılıb.



Xatırladaq ki, Azərbaycan Premyer Liqasının son turunda səfərdə "Xəzər Lənkəran"la qarşılaşan "Neftçi" 62-ci dəqiqəyə qədər 2 top fərqiylə öndə olsa da, qarşılaşma 2:2 hesabıyla yekunlaşmışdı.

Mənbə
ANS PRESS