İdman

"Xəzər Lənkəran" kapitansız qaldı

Metbuat.az

"Xəzər Lənkəran" iki itki ilə üzləşib. ANS PRESS-in məlumatına görə, baş məşqçi Elbrus Məmmədov Rahid Əmirquliyevlə Elşən Rzazadənin хidmətindən məhrum olub.



Hər iki futbolçu cəzalı duruma düşüb. Elşən "Neftçi" ilə oyunun 78-ci, Rahid 90-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub. "Xəzər Lənkəran" XXX turda istirhət edəcəyindən onlar cəzalarını XXXI turun "Qəbələ" ilə oyununda çəkəcəklər.



Qeyd edək ki, cari mövsümdə 8 "sarı" alan Rahid "Neftçi" ilə 3, "Sumqayıt"la 2 oyunda, həmçinin "İnter", "Qəbələ" və AZAL-la görüşlərdə cəzalanıb. Elşən isə "İnter", "Qarabağ", "Sumqayıt" və "Neftçi" matçlarında "fərqlənib.

Mənbə
ANS PRESS