İdman
"Xəzər Lənkəran"da ciddi itkilər
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının XXVII turunu 3 xalla başa vursa da, “Sumqayıt” üzərində qazanılan qələbəyə doyunca sevinə bilməyib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, “ağ-yaşıllar” iki aparıcı futbolçunu itirib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, “ağ-yaşıllar” iki aparıcı futbolçunu itirib.
Matçın 82 və 85-ci dəqiqələrində sarı vərəqə alan Alfred Sanko ilə Sadio Tounkara cəzalı duruma düşüblər. Hər iki afrikalı yarımmüdafiəçi bununla 4 sarı vərəqə limitini doldurub. Bu isə o deməkdir ki, Sanko və Tounkara “İnter”lə XXVIII tur matçını buraxacaq.
Əlavə edək ki, Tounkara cari mövsüm 4, Sanko isə 8 sarı vərəqə ilə cəzalanıb. Yəni sierra-leoneli futbolçu ikinci dəfədir ki, cəzalı duruma düşür.
Qeyd edək ki, “İnter” – “Xəzər Lənkəran” oyunu aprelin 5-də baş tutacaq.
Milli.Az
Milli.Az